...

Gert Arens Gəncədədir

Siyasət Materials 5 May 2006 19:38 (UTC +04:00)

ATƏT-in seçkilər üzrə müşahidə missiyasının rəhbəri Gert Arens dünəndən Gəncədədir. O, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsində seçki prosesinə hazırlıq işləri ilə maraqlanıb. Jurnalistlərə verdiyi müsahibədə Gert Arens bildirib ki, ATƏT mayın 13-də keçiriləcək seçkilərin tam şəffaf və ədalətli olacağına inanır.

Arensin sözlərinə görə, noyabr seçkilərində yol verilən nöqsanlara görə ləğv olmuş dairlərədə bir daha qeyri-demokratik seçkilərin keçirilməsinə Azərbaycan höküməti yol verməyəcək. Missiya rəhbəri onu da bildirib ki, o, 38 saylı Nizami ikinci seçki dairəsinə təhkim olunub. Burada baş verəcək hər hansı bir qanun pozuntusu haqqında o, Mərkəzi Seçki Komisiyyasına məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti