...

Bu gün Gəncədə Səməd Vurğunun 100 illik yubileyi qeyd olunub

Siyasət Materials 5 May 2006 19:42 (UTC +04:00)

Bu gün Gəncə Dövlət Dram Teatrında məşhur şair Səməd Vurğunun 100 illik yubiley tədbiri keçirilib. Mərasimi Gəncə şəhər İcra Hakimiyyəti ilə Mədəniyyət və Turizm idarəsi birgə təşkil edib.

Yubiley mərasimində şəhər içtimaiyyətinin nümayəndələri, idarə və müəssələrin işçiləri iştirak ediblər. Azərbaycan Yazıçılar Birliyi Gəncə şəhər şöbəsinin müdiri Məmməd Alim iştirakçılara şairin həyatı barədə məlumat verib.

Digər çıxış edənlər isə Səməd Vurğunun zəngin yaradıçılığı barədə danışıblar. Orta məktəblərin şagirdləri şairin şerlərindən parçalar söyləyiblər.

Xəbər lenti

Xəbər lenti