...

Qoran Lenmarker: Mənim hazırladığım məruzədə obyektiv reallıq əksini tapacaq

Siyasət Materials 5 May 2006 20:09 (UTC +04:00)

Azərbaycanın dinamik inkişafı müxtəlif məsələlərdə, o cümlədən, regional münaqimşələrin həllində vacib rol oynaya bilər. Bunu, Trend agentliyinin məlumatına əsasən, ATƏT-in Parlament Assambleyası sədrinin Azərbaycan-Ermənistan münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker bəyan edib.

Mayın 5-də Bakıda Milli Məclisin vitse-spikeri Bahar Muradova ilə keçirilən görüşdə Q.Lenmarker Avropa Şurası, Avropa İttifaqı və NATO Parlament Assambleyasının münaqişənin həllinə olan yüksək marağını vurğulayıb. Onun sözlərinə görə, bu, problemin aradan qaldırılmasına müsbət təsir göstərəcək. Q.Lenmarker deyib ki, onun hazırladığı məruzədə obyektiv reallıq əksini tapacaq.

B.Müradova bildirib ki, Azərbaycan ictimaiyyəti ATƏT-in bu məsələdə rolunun artırılmasına ümid edir.

Xəbər lenti

Xəbər lenti