...

MDB üzvü olan dövlətlərin müdafiə nazirləri Şurasının növbəti iclası Bakıda keçiriləcək

Siyasət Materials 6 May 2006 12:40 (UTC +04:00)

Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan dövlətlərin müdafiə nazirləri Şurasının növbəti iclasının mayın 31-də Bakıda keçirilməsi nəzərdə tutulub. Bu barədə Trend ə MDB İcraiyyə Komitəsindən məlumat verilib.

Şuranın iclasının gündəliyi ekspertlərin qarşıdakı görüşünün gedişində hazırlanacaq. İlkin gündəliyə hərbi-texniki və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq terrorizmlə, transmilli cinayətlərlə mübarizədə fəaliyyətin əlaqələndirilməsi məsələləri müzakirə ediləcək və informasiya mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti