...

İlham Əliyev: Azərbaycan, Gürcüstan və Türkiyə qadınlarının aksiyası üç ölkə xalqlarının əməkdaşlığını genişləndirməyə imkan verir

Siyasət Materials 6 May 2006 12:58 (UTC +04:00)

Azərbaycan, Gürcüstan və Türkiyə qadınlarının sülhmərmlı aksiyası ölkələrimizin xalqları arasında dostluğu və əməkdaşlığı genişləndirməyə imkan verir. Trend in verdiyi məlumata görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin "H.Əliyev adına BTC neft kəməri regionda sülühün, təhlükəsizliyin, sabitliyin və inkişafın təminatıdır" beynəlxalq sülhməramlı aksiyasının iştirakçılarına müraciətində bildirilir.

Məktubda bildirilir ki, əsrin enerji layihəsinin reallaşdırılması üzrə işlər - Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi və neftlə doldurulması sona yaxınlaşmaqdadır. Qeyd olunur ki, bu layihənin həyata keçirilməsi hələ ötən əsrin 90-cı illərinin ortalarında neft kəmərinin tikintisi ideyasını irəli sürən eks-prezident H.Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində mümkün olub.

"Regionda sabitlik və inkişaf, onun Avroatlantik strukturlarına inteqrasiyası baxımından bu neft kəməri böyük əhəmiyyətə malikdir. Əminəm ki, Bakı-Tbilisi-Ceyhan kəməri iqtisadi inkişafa və bizim ölkələrimizin irəliləyişinə xidmət edir və onun sayəsində bizim region dünyada sülhün çiçəklənəcəyi bir nöqtəyə çevriləcək", -deyə Azərbaycan prezidentinin məktubunda bildirilir.

Xəbər lenti

Xəbər lenti