...

Bazel Zavoyko: Azərbaycan İQİ-nin hesablanma metodologiyasının qiymətləndirilməsi üçün BVF-dən texniki yardım istəyib

Siyasət Materials 6 May 2006 13:38 (UTC +04:00)
Bazel Zavoyko: Azərbaycan İQİ-nin hesablanma metodologiyasının qiymətləndirilməsi üçün BVF-dən texniki yardım istəyib

Beynəlxalq Valyuta Fondunun (BVF) Bakı nümayəndəliyinin rəhbəri Bazel Zavoyko Trend ə verdiyi eksklüziv müsahibəsində bildirib ki, Azərbaycan hökuməti istehlak qiymətləri indeksinin (İQİ) ümumi hesablanma metodologiyasının qiymətləndirilməsi üçün BVF-dən texniki yardım istəyib.

Onun sözlərinə görə, BVF missiyası bəzi məsələlərə baxıb, lakin bütün metodologiyanın qiymətləndirilməsi üçün geniş tərkibdə missiyanın gəlişi gözlənilir. BVF ekspertləri 6 ay ərzində səfər etməyi planlaşdırır.

Səfərin dəqiq tarixi hələ müəyyənləşdirilməyib, çünki fondun maliyyə ili ötən həftə başlayıb və büdcə hələ dəqiqləşdirilməyib. "Fond BVF ölkələrinə yardımın həcmini hələ müəyyənləşdirməyib" - deyə B.Zavoyko qeyd edib.

Xəbər lenti

Xəbər lenti