...

Əli Həsənov: "Bəzi beynəlxalq təşkilatlar seçkilərin nəticələri ilə bağlı Azərbaycana ikili standartlarla yanaşırlar"

Siyasət Materials 6 May 2006 14:06 (UTC +04:00)

Bəzi beynəlxalq təşkilatlar seçkilərin keçirilməsi ilə bağlı Azərbaycana daha sərt tələblərin tətbiq olunmasını tələb edirlər. Trend xəbər verir ki, bu barədə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan tərəfindən bu məsələ ilə bağlı seçkiləri izələyən beynəlxalq təşkilatların müşahidə missiyalarının rəhbərlərinə də etiraz bildirilib: "Bunun da bir neçə səbəbi var. Ola bilsin ki, seçkiləri müşahidə edən qruplarda təmsil olun insanların yekdil baxışları yoxdur. Müşahidəçilərin hərəsi bir dövləti təmsil edir. Hər birinin öz maraqı var, ayrı-ayrı siyasi partiyaları təmsil edirlər. Baxmayaraq ki, bunlar ATƏT və Avropa Şurasının missiyası adı ilə seçkiləri izləyirlər".

Prezident Aparatının rəsmisi seçkilərin nəticələri ilə bağlı rəylərin açıqlanmasında mövqelərin uzlaşmadığını da önə çəkib: "O insanların rəyi ümumiləşdirilmiş şəkildə açıqlanır ki, onlar seçkilərlə bağlı subyektiv mülahizələrinə daha çox üstünlük verirlər. Deyək ki, Avropa Şurasının müşahidə missiyasına 300 insan daxildir. Onların yalnız 100-nün subyektiv fikri əsas götürülür".

Xəbər lenti

Xəbər lenti