...

Novruz Məmmədov: "2006-cı ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq artıb"

Siyasət Materials 6 May 2006 14:15 (UTC +04:00)

Avropa Şurasında Azərbaycanın mandatı heç bir vaxt ləğv olunmayacaq. Trend xəbər verir ki, bu barədə Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildlirib.

N.Məmmədov Azərbaycanın beynəlxalq aləmdə tutduğu mövqeyini şərh edərək deyib: "Dünyanın ən qüdrətli dövlətinin başçısı deyirsə ki, Azərbaycan dünyanın müasir müsəlman dövlətidir, bunun özündə elə müasir tələblərə cavab vermək üçün müxtəlif faktorlar cəmləşib. Ancaq təəssüflər olsun ki, bizim müxalifət, bir sıra QHT-lər dünya təşkilatlarına Azərbaycanla bağlı qərəzli, böhtan xarakteri daşıyan məktublar göndərirlər. Bu, pis ənənədir".

N.Məmmədov onu da vurğulayıb ki, Azərbaycanla bağlı hər hansı bir beynəlxalq təşkilata məktub göndərməyə ehtiyac yoxdur. Çünki dünyanın aparıcı mərkəzlərində Azərbaycanda gedən proseslərlə bağlı məlumat var.

N.Məmmədov Dağlıq Qarabağ probleminin həllinə də münasibət bildirib. Qeyd edib ki, 2006-cı ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq artıb. Bu məsələnin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri səylərini göstərirlər.

Xəbər lenti

Xəbər lenti