...

Koreya Respublikası prezidentini Azərbaycanda 4 nazir muüşayiət edəcək

Siyasət Materials 8 May 2006 10:54 (UTC +04:00)

Koreya respublikasının prezidenti Ro Mu Hen Azərbaycana 4 nazir və işgüzar dairələrin 100-dən çox nümayəndəsinin müşayiəti ilə səfər edəcək. Bu barədə Trend Cənubi Koreya KİV-nə istinadən məlumat verir.

Mayın 10-12-də keçiriləcək rəsmi səfər proqramına Azərbaycan prezidenti İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədovla danışıqlar daxildir. Bundan başqa, Koreya prezidenti neft mədənlərinə də baş çəkəcək.

Qeyd edək ki, Ro Mu Hen mayın 7-də Seuldan Monqolustanın paytaxtı Ulan Batora yola düşüb. Səfər mayın 10-dək davam edəcək. Səfər zamanı Ro Mu Hen Monqolustan prezidenti Nambar Enhbayarola görüşəcək.

Koreya prezidentinin xarici ölkələrə səfəri Birləşmiş Ərəb Əmirliklərinə səfərlə başa çatacaq. Ro Mu Hen bu ölkəyə Bakıdan yola düşəcək və səfər mayın 14-dək davam edəcək.

Koreya prezidentinin Seula mayın 15-də qayıdacağı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti