...

Türkiyənin baş naziri Corc Buşu BTC-nin rəsmi açılış mərasiminə dəvət edib

Siyasət Materials 8 May 2006 11:35 (UTC +04:00)
Türkiyənin baş naziri Corc Buşu BTC-nin rəsmi açılış mərasiminə dəvət edib

Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan ABŞ prezidenti Corc Buşu Bakı-Tiflis-Ceyhan boru kəmərinin rəsmi açılış mərasiminə dəvət edib. Mərasim iyulun 13-də Ceyhan limanında keçiriləcək. Bu barədə Trend Türkiyə KİV-nə istinadən xəbər verir.

Dəvət Ağ Evə dövlət katibi Kondoliza Raysla ünvanlanıb.

Amerika tərəfinin cavabı hələlik məlum deyil. Ancaq qeyd olunur ki, Vaşinqton "mərasimdə mümkün qədər yüksək səviyyədə təmsil olunmağı" vəd edib.

O da bildirilir ki, birinci tankerin Azərbaycan nefti ilə mayın 27-də yüklənəcəyinə baxmayaraq, dövlət başçılarının proqramının gərgin olması ilə əlaqədar boru kəmərinin rəsmi açılış mərasimi iyulun 13-nə təyin olunub.

Xəbər lenti

Xəbər lenti