...

Gürcüstanın Samtaskaro kəndinin sakinləri Azərbaycan prezidentinə müraciət etmək niyyətindədir

Siyasət Materials 8 May 2006 12:15 (UTC +04:00)

Gürcüstanın Azərbaycanla sərhəd olan Laqodexi rayonunun Samtaskaro kəndinin 300 nəfərədək sakini Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə məktubla müraciət etmək və onlara sığınacaq verilməsini xahiş etmək niyyətindədir.

Trend in Gürcüstandakı xüsusi müxbirinin məlumatına görə, buna səbəb artıq bir neçə aydır ki, kənd sakinlərinin Azərbaycan-Gürcüstan sərhədini sərbəst keçə bilməməsi və Azərbaycanın Qax rayonunda yaşayan qohumları ilə görüşə bilməməsidir.

Kaxetiya regionu orqanları nəqliyyat və piyadaların Dedoplisskaro (Gürcüstan) rayonunu Qax rayonu ilə birləşdirən körpü ilə hərəkətin dayandırılmasında qaçaqmalçılıqla mübarizəni əsas gətirir.

Xəbər lenti

Xəbər lenti