...

Təkrar seçkilərlə bağlı cəzaçəkmə müəssisəsində və hərbi hissələrdə 9 seçki məntəqəsi yaradılıb

Siyasət Materials 8 May 2006 12:45 (UTC +04:00)

Təkrar parlament seçkilərinin keçirildiyi dairələrin ərazisində olan cəcaçəkmə müəssisəsi və hərbi hissələrdə seçki məntəqələri yaradılıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının sədr müavini Svetlana Qasımova məlumat verib.

Qeyd edək ki, 38 saylı Gəncə-Nizami ikinci seçki dairəsinin ərazisində bir cəzaçəkmə müəssisəsi var. Qalan dairələrin isə bəzilərinin ərazisində hərbi hissələr var. Bu obyektlərdə yaradılmış seçki məntəqələrinin ümumi sayı doqquzdur. Onlardan biri cəzaçəkmə müəssisəsində, qalanları isə hərbi hissələrdə yaradılıb.

Xəbər lenti

Xəbər lenti