...

Bolqarıstan təşkilatı təkrar parlament seçkilərinin keçirildiyi bütün 10 dairədə exit-poll keçirəcək

Siyasət Materials 8 May 2006 14:40 (UTC +04:00)

Bolqarıstanın "Azad və demokratik seçkilər üçün vətəndaş təşəbbüsü" (ADSVT) ictimai birliyi Azərbaycanda təkrar seçkilər günü 10 seçki dairəsinin hamısında exit-poll keçirəcək. Trend in verdiyi məlumata görə, bu barədə mayın 8-də təşkilatın rəhbəri İlya Bojenov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təşkilat Azərbaycanda təkrar seçkilərin gedişində tammiqyaslı tədqiqatın keçirilməsini planlaşdırır. 10 dairədəki 93 məntəqədə exit -poll və Quick Count, eləcə də 10 dairədəki bütün 343 məntəqədə seçkilərin nəticələrinin tam paralel hesablanması keçiriləcək. Onun sözlərinə görə, layihədə təşkilatın 27 eksperti və müşahidəçisi və 620-dən artın yerli supervayzer, koordinator, müşahidəçi və digərləri iştirak edəcək. Seçkilərin yekunları üzrə bütün məlumatlar saat 19.00-dan sonra dərc olunacaq. Eləcə də, exit-poll və Quick Count -un nəticələri ilə bağlı 2 mətbuat konfransının keçirilməsi də nəzərdə tutulub.

İ.Bojenovun sözlərinə görə, təşkilat 5 ildən artıqdır ki, Azərbaycanda seçkilərin gedişini müşahidə edir. Belə ki, ADSVT 2000-ci ildə parlament seçkilərini, 2003-cü ildə prezident seçkilərini, 2004-cü ildə bələdiyyə, 2005-ci ildə isə parlament seçkilərini müşahidə edib.

Xəbər lenti

Xəbər lenti