...

"Fridrix Nauman" Fondu "Siyasi partiyalar və demokratiyanın inkişafı" mövzusunda seminar keçirib

Siyasət Materials 8 May 2006 17:24 (UTC +04:00)

"Fridrix Nauman" Fondunun təşkilatçılığı ilə mayın 8-də "Hyatt Recensy" otelində "Siyasi partiyalar və demokratiyanın inkişafı" mövzusunda seminar keçirilib. Trend in məlumatına görə, seminarda siyasi partiyaların, xarici və yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

"Fridrix Nauman" Fondunun Azərbaycan üzrə layihəsinin koordinatoru Ərəstun Oruclu mövzu ilə bağlı çıxış edib. O, bu fondun Azərbaycanda 10 il əvvəl fəaliyyətə başladığını, bu dövr ərzində ölkənin ictimai-siyasi sahəsini əhatə etdiyini bildirib. Siyasi partiyaların demokratiyanın önündə gedən və ölkədə ciddi dəyişikliklər edə bilən qurumlar olduğunu deyib.

"Fridrix Nauman" Fondunun Cənubi Qafqaz ölkələri üzrə proqramlarının rəhbəri Volfanq Yon

qurumun fəaliyyəti barədə məlumat verib. Həmçinin Almaniyada Azad Demokratlar Partiyasının liberal müxalifət olaraq qarşısında duran vəzifələrindən də söz açıb. O, bu partiyanın Almaniya Bundestaqında (parlamentində) yerlərin 10 faizinə sahib olduğunu diqqətə çatdırıb. V.Yon Cənubi Qafqaz ölkələrində demokratiyanın inkişafından danışarkən bölgədə sülhün bərqərar olmasının vacibliyini dilə gətirib. Fondun Rəyasət Heyətinin üzvü, Liberal İnternasionalda alman qrupunun sabiq sədri Manfred Rixter də çıxış edərək Almaniyada siyasi partiyaların fəaliyyət təcrübəsi barədə danışıb.

Müzakirələr zamanı Azərbaycanda demokratik proseslərin inkişafında siyasi partiyaların rolu barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti