...

İlham Əliyev: Əminəm ki, 2006-cı il Azərbaycan üçün çox uğurlu olacaq

Siyasət Materials 8 May 2006 18:19 (UTC +04:00)
İlham Əliyev: Əminəm ki, 2006-cı il Azərbaycan üçün çox uğurlu olacaq

Azərbaycan prezidenti İlham Əliyev mayın 8-də 2006-cı ilin birinci rübü ərzində respublikanın sosial-iqtisadi inkişafının yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasını keçirib.

Trend in AzTI telekanalına istinadən verdiyi xəbərə görə, dövlət başçısı bu ilin ilk ayları ərzində ölkənin sosial-iqtisadi inkişafının ümumi gedişini müsbət qiymətləndirib.

"2006-cı ilin birinci rübündə Azərbaycanda ÜDM-in həcmi 39%, sənaye istehsalı 47%, orta aylıq əmək haqqı 20%, əhalinin gəlirləri 18 % artıb. 2005-ci ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə ölkədə istehlak qiymətləri 5.5 % artıb",- deyə İlham Əliyev bəyan edib. O qeyd edib ki, son aylar ərzində Azərbaycanın pensiya fonduna köçürmələr (təqribən 19%) də artıb.

"Bütün bunlar ölkə rəhbərliyinin düzgün kursunun nəticəsidir", -deyə Azərbaycan prezidenti əlavə edib və ölkənin iqtisadi potensialının möhkəmlənməsinin nəinki respublikanın mövqeyini möhkəmləndirdiyini, eləcə də, regionda cərəyan edən proseslərə böyük təsir göstərməyə imkan verdiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının möhkəmlənməsi sosial ehtiyaclar sahəsinə büdcədən vəsaitin ayrılmasına imkan verir.

Dövlət başçısı qeyd edib ki, iqtisadi inkişafın sürəti dövlət büdcəsinin parametrlərinin yenidən nəzərdən keçirilməsi və Azərbaycanın regionlarının inkişafı üzrə yeni proqramların hazırlanması zərurətini aşkara çıxarır.

İlham Əliyev Azərbaycanın sosial inkişafı üzrə işlərin sürətləndirilməsi barədə müvafiq göstərişlər verib. Eləcə də, inflyasiya üzərində nəzarətin güclənməsinin, sənaye potensialının inkişafı proqramlarının hazırlanması üzrə işlərin sürətləndirilməsinin, dövlət investisiya şirkətinin fəaliyyətinin canlandırılmasının, ölkənin qeyri-neft sektorunun inkişafını stimullaşdıran tədbirlər görülməsinin zəruriliyi qeyd olunub.

İclasda bir sıra nazirlərin 2006-cı ilin birinci rübündə ölkənin inkişafının yekunları barədə məruzələridinlənilib.

Yekun nitqində İlham Əliyev bu gün Azərbaycanın valyuta ehtiyatlarının 2.6 milyard dollar təşkil etdiyini və neft ixracı ilə paralel olaraq bu göstəricinin artacağını qeyd edib.

"Mən əminəm ki, 2006-cı il Azərbaycan üçün çox uğurlu olacaq",-deyə sonda dövlət başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti