...

Şuşanın işğalının ildönümü ilə bağlı xarici ölkələrdə tədbirlər keçirilib

Siyasət Materials 8 May 2006 19:16 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə İsveçin Stokholm şəhərində Şuşa şəhərinin işğalının 14-cü ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib. Bu barədə Trend ə DAK-dan məlumat verilib.

Qeyd edək ki, "Azərbaycan yolu" Siyasi Hərəkatının təşəbbüsü ilə də dünyanın müxtəlif ölkələrində Şuşanın işğalının 14-cü ildönümü ilə bağlı tədbirlər keçirilib. Xaricdə keçirilən aksiyalarda azərbaycanlılar qondarma "erməni soyqırımı"na, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonların işğal edilməsinə etirazlarını bildiriblər. Həmçinin qərbi azərbaycanlılara Ermənistan adlanan ərazidə müxtariyyət verilməsi, Ermənstandan qovulan soydaşlarımıza hansı səviyyədə status veriləcəksə, Qarabağda da ermənilərə eyni səviyyədə status verilməsini tələb ediblər. Qarabağ probleminin həllində Kosovo variantının tətbiqinə də etiraz bildirilib, Budapeşt şəhər məhkəməsi tərəfindən Azərbaycan zabiti Ramil Səfərova qarşı çıxarılmış ədalətsiz ömürlük həbs cəzası qərarı pislənilib.

Qeyd edək ki, "Azərbaycan yolu" Siyasi Hərəkatının təşkilatçılığı ilə aprelin 28-də Almaniyada, mayın 1-də Kanadada, mayın 5-də Rusiyada, 6-da Türkiyənin İzmir və İsveçin Stokholm şəhərlərində Şuşanın işğalının ildönümü ilə əlaqədar aksiyalar keçirilib. Növbəti dəfə mayın 14-də Kanadanın Vankuver şəhərində mitinq keçiriləcək.

Xəbər lenti

Xəbər lenti