...

Mayın 25-də AŞPA həmməruzəçiləri Azərbaycana gələcək

Siyasət Materials 10 May 2006 11:23 (UTC +04:00)

Mayın 25-də Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Andres Qross və Adreas Herkel Bakıya gələcək. Bu barədə Trend ə AŞ-nin Bakı informasiya ofisindən məlumat verilib.

Həmməruzəçilər respublikada seçkidən sonrakı vəziyyətin monitorinqini aparacaq və təkrar parlament seçkilərinə dair məruzə hazırlayacaq.

Daha sonra bu sənəd Azərbaycan nümayəndə heyətinini mandatı ilə bağlı məsələnin də müzakirə olunacağı AŞPA-nın yay sessiyasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti