...

Spiker Pakistan Senatının insan hüquqları daimi komissiyasının sədri ilə görüşüb

Siyasət Materials 10 May 2006 12:27 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Pakistan Senatının insan hüquqları daimi komissiyasının sədri Səid Məhəmməd Zəfərlə görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Milli Məclisin sədri ölkələrimiz arasındakı dostluq əlaqələrinin tarixindən danışaraq bildirib ki, Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdəndir və biz bu ölkə ilə əlaqələrimizin inkişafında maraqlıyıq. Milli Məclisin sədri münasibətlərimizin inkişafında dövlət başçılarının rolunu xüsusi vurğulayaraq Pakistanın dövlət başçısının Azərbaycana səfərini xatırladıb. Bildirib ki, qarşılıqlı səfərlər zamanı imzalanmış çoxsaylı sənədlər, əldə olunmuş razılaşmalar münasibətlərimizin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradıb.

Səid Məhəmməd Zəfər deyib ki, Pakistan da qardaş və dost Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. O, Pakistanda baş vermiş zəlzələ zamanı göstərilən yardıma görə öz ölkəsinin prezidenti, parlamenti və xalq adından Azərbaycanın dövlət başçısına və xalqına dərin minnətdarlığını bildirib. Qeyd edilib ki, mayın 10-da ümummilli lider Heydər Əliyevin yubileyi ilə bağlı keçiriləcək tədbirlərdə iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti