...

Natiq Məmmədov: "Seçki günü səsvermə ilə bağlı MSK-ya daxil olan şikayətlərə həmin gün baxılacaq"

Siyasət Materials 10 May 2006 12:36 (UTC +04:00)

13 mayda keçiriləcək təkrar parlament seçkisi günü Mərkəzi Seçki Komissiyasına verilən şikayətə elə həmin gün baxılacaq. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov məlumat verib. O, bildirib ki, ümumiyyətlə hər hansı narazılıqla bağlı şikayət MSK-ya üç gün ərzində verilməlidir. Səsvermə günü və onun ertəsi günü istisna olmaqla, qalan bütün vaxtlarda bu şikayətlərə baxılması da MSK-da 3 gün ərzində müəyyənləşir.

N.Məmmədovun sözlərinə görə, seçki günü səsverməyə dair hər hansı narazılıq, qanun pozuntusu ilə bağlı şikayət dərhal verilməlidir. MSK da bu şikayətə həmin gün baxmalı və müvafiq qərar çıxarmalıdır. Eyni qayda ilə məhkəmələr də seçki günü vətəndaşların şikayətlərinə baxmalıdır.

Xəbər lenti

Xəbər lenti