...

Təkrar seçkilərdə 30 ölkənin, 15 beynəlxalq təşkilatın nümayəndələri müşahidə aparacaqlar

Siyasət Materials 10 May 2006 12:45 (UTC +04:00)

13 mayda keçiriləcək təkrar parlament seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyasında 15 beynəlxalq təşkilatdan 142 nəfər xarici müşahidəçi qeydiyyatdan keçib. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqəldər şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib. O, bildirib ki, xarici müşahidəçilər ümumilikdə 30 ölkəni təmsil edirlər.

Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasına 29 nəfər daxildir. Onlar Ukrayna, Rusiya, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Belarusdur. Rövzət Qasımovun sözlərinə görə, xarici müşahidəçilərin təmsil etdikləri ölkələrin əksəriyyəti Avropa dövlətlərilir. MSK təmsilçisinin sözlərinə görə, seçki gününə qədər beynəlxalq müşahidəçilərin sayı cəmi bir neçə nəfər artacaq.

Xəbər lenti

Xəbər lenti