...

Azərbaycan prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Siyasət Materials 10 May 2006 15:00 (UTC +04:00)

Mayın 10-da Azərbaycan prezidenti İlham Əliyev həyat yoldaşı Mehriban Əliyevanın müşayiəti ilə Fəxri Xiyabanda keçmiş prezident Heydər Əliyevin məzarını ziyarət edib. Trend in xəbər verdiyi kimi, dövlət başçısı Heydər Əliyevin məzarına çiçək qoyub və dualar oxunulub.

Prezidenti müşayiət edən qrupa, həmçinin, Milli Məclis və Nazirlər Kabinetinin, nazirlik və idarələrin rəhbərləri, ictimaiyyət nümayəndələri də daxil olub. Xatırladaq ki, bu gün Azərbaycanda Heydər Əliyevin anadan olmasının 83 illiyi qeyd olunur.

Xəbər lenti

Xəbər lenti