...

Novruz Məmmədov: Koreya prezidentinin səfəri regionda Azərbaycanın liderliyini nümayiş etdirir

Siyasət Materials 10 May 2006 15:29 (UTC +04:00)

Koreya prezidenti Rox Mu-Hyunun Bakıya rəsmi səfəri zamanı ikitərəfli münasibətlərə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi aparılacaq. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Azərbaycan prezidentinin icra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov mayın 10-13-də Koreya prezidentinin Bakıya səfərini şərh edərkən bildirib.

O vurğulayıb ki, Koreya dövlət başçısının məhz Azərbaycana səfəri regionda ölkənin liderliyini və beynəlxalq arenada artan nüfuzunu nümayiş etdirir.

N.Məmmədov qeyd edib ki, Azərbaycan və Koreya prezidentləri arasında təkbətək formatda, o cümlədən geniş tərkibdə danışıqlar aparılacaq.

Onun sözlərinə görə, imzalanmaq üçün bir sıra sənədlər hazırlanıb.

Xəbər lenti

Xəbər lenti