...

Koreya prezidentinin Bakıya səfəri başladı

Siyasət Materials 10 May 2006 16:03 (UTC +04:00)
Koreya prezidentinin Bakıya səfəri başladı

Mayın 10-da Koreya prezidenti Rox Mu-Xyunun (Roh Moo-Hyun) Azərbaycana rəsmi səfəri başlayıb.

Trend in verdiyi xəbərə görə, səfərdə onu həyat yoldaşı Kvon Yanq-Suk (Kwon Yang-Suk), eləcə də hökumətin üzvlərindən ibarət nümayəndələr və biznesmenlər müşaiyət edir.

Proqrama görə, səfərin rəsmi hissəsi mayın 11-də səhər Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşlə başlayacaq. Daha sonra isə nümayəndə heyətlərinin geniş tərkibdə danışıqları keçiriləcək. Eləcə də, ikitərəfli sənədlərin imzalanması mərasimi və dövlət başçılarının birgə brifinqinin keçirilməsi planlaşdırılıb. Koreya prezidenti həmçinin, iki ölkənin biznes dairələrinin nümayəndələri ilə naharda iştirak edəcək. Bundan sonra o, Səngəçal neft terminalının fəaliyyəti ilə tanış olmaq üçün ora səfər edəcək.

Axşam Rox Mu-Xyun Azərbaycan prezidenti adından rəsmi qəbulda iştirak edəcək. Mayın 13-də Koreya prezidenti Milli Məclisin spikeri Oqtay Əsədovu qəbul etmək niyyətindədir.

Koreya prezidenti Bakıdan Birləşmiş Ərəb Əmirliklərinə yola düşəcək.

Xəbər lenti

Xəbər lenti