...

Dənizkənarı Milli Parkda dövlət nümayəndələrinin iştirakı ilə Gül bayramının rəsmi açılışı keçirilib

Siyasət Materials 10 May 2006 16:10 (UTC +04:00)

Mayın 10-da Bakının Dənizkənarı Milli Parkında dövlət nümayəndələrinin iştirakı ilə Gül bayramının rəsmi açılışı keçirilib. Trend xəbər verir ki, tədbirin Milli Parkın ərazisində yerləşən Bakı Biznes Mərkəzində keçirilən rəsmi açılışında diplomatik korpusun, xarici və yerli şirkətlərin nümayəndələri də iştirak edib.

Tədbirdə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov çıxış edərək bu bayramın Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin ad günündə təsadüf etdiyini xatırladıb.

Daha sonra Azərbaycan rəssamlarının gül mövzusunda əsərlərindən ibarət rəsm sərgisi keçirilib.

Milli Parkın Azneft meydanından Paraşüt qülləsinədək ərazisində isə Gül bayramı ilə əlaqədar ekspozisiyalar nümayiş etdirilib. Tədbirdə gülləri təsvir edən stendlər, asfalt üzərində rəsm əsərləri, dibçək gülləri, müxtəlif tikmələr, nadir quşları nümayiş etdirən canlı güşə qonaqların diqqətini cəlb edib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin hazırladığı proqrama uyğun olaraq saat 18.00-dan 19.00-dək Gül paradı keçiriləcək. Saat 23.00-da isə Gül bayramına möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti