...

Azərbaycan və Rusiya dövlət sərhədinin razılaşdırılmamış hissələri üzrə məsləhətləşmələri davam etdirəcək

Siyasət Materials 10 May 2006 16:49 (UTC +04:00)

Azərbaycan və Rusiya dövlət sərhədinin razılaşdırılmamış hissələri üzrə məsləhətləşmələri davam etdirəcək. Trend in ANS telekanalına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə hökumətlərarası komissiyanın üzvü, Torpaq və Kartoqrafiya Dövlət Komitəsinin sədri Qərib Məmmədov məlumat verib.

Onun sözlərinə görə, belə qərar Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədlərinin delimitasiyası üzrə Dövlət Komissiyasının sonuncu iclasında qəbul edilib. Komissiyanın növbəti görüşü m ayın sonlarında və ya iyunun əvvəllərində Azərbaycanda keçiriləcək.

Q. Məmmədovun sözlərinə görə, iclasın tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti