...

Ərşad Ömər İsmayıl: "Azərbaycanın işğal olunan topaqları geri qaytarılmalıdır"

Siyasət Materials 10 May 2006 16:56 (UTC +04:00)

İraq həmişə Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanı dəstəkləyib. Bu barədə Trend ə İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərşad Ömər İsmayıl bildirib

Səfir qeyd edib ki, rəsmi Bağdad təmsil olunduğu bütün qurumlarda Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hhəlinin tərəfdarıdır və bununla bağlı qəti mövqeyini bildirib: "Bizim istəyimiz problemin sülh yolu ilə həllidir. Müharibənin acısını yaşayan bir ölkə kimi bunun əleyhinəyik. Azərbaycanın işğal olunan topaqları geri qaytarılmalıdır".

Ə.Ö.İsmayıl onu da bildirib ki, İraq hökuməti və milləti onun azadlığında iştirakına görə Azərbaycana minnətdardır.

Xəbər lenti

Xəbər lenti