...

38 saylı Nizami ikinci seçki dairəsində 398 nəfər müşahidəçi qeydə alınıb

Siyasət Materials 10 May 2006 19:35 (UTC +04:00)

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin katibi Vaqif Qurbanovun verdiyi məlumata görə, dairədə ümumilikdə 398 nəfər müşahidəçi qeydə alınıb. Onlardan 70 nəfəri müstəqil, 89 nəfəri siyasi partiyalar, 127-si QHT nümayəndələridir.

112-nəfər müşahidəçi isə namizədlər tərəfindən qeydə alınıb. Vaqif Qurbanov onu da bildirib ki, seçici siyahılarında 32 986 nəfərin adı var.

Bundan başqa həbsxanada yaradılan məntəqədə təxminən 500 ə yaxın seçicinin sıyahıya əlavə olunması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti