...

Kəpəz bələdiyyəsi yeni park salacaq

Siyasət Materials 10 May 2006 19:44 (UTC +04:00)

Gəncə şəhər Kəpəz bələdiyyəsi bu yaxınlarda şəhərin Kiraz qəsəbəsində Gəncə çayının sağ sahilində yeni park salacaq. Bu barədə məlumat verən Kəpəz bələdiyyəsinin sədri Tahir Məmmədovun sözlərinə görə, parkda müxtəlif ağac cinsləri əkiləcək və uşaq atraksyonlarının quraşdırılması da planlaşdırılır.

Bu işlərin görülməsi Bələdiyyənin Qafqaz üçün ekoloji mərkəzdən udduğu qrant hesabına mümkün olacaq. Qrantın məbləği 15 000 ABŞ dollarıdır.

Xəbər lenti

Xəbər lenti