...

Azərbaycan prezidenti Böyük Vətən Müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım edilməsi ilə bağlı fərman imzalayıb

Siyasət Materials 10 May 2006 20:25 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vətat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi haqqında mayın 10-da fərman imzalayıb. Trend xəbər verir ki, dövlət başçısı məlum fərmanı 1941-1945-ci illər müharibəsində qələbənin 61-ci ildönümü ilə əlaqədar verib.

Fərmana əsasən, Böyük Vətən müharibəsi iştirakçılarına 100 manat məbləğində, Böyük vətən müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, ikinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, ikinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə 50 manat məbləğində birdəfəlik maddi yardım ediləcək.

Prezidentin fərmamanında göstərilib ki, bu məqsədlə 2006-cı il dövlət büdcəsindən nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan 4 milyon manat vəsait ayrılsın.

Xəbər lenti

Xəbər lenti