...

Mikayıl Cabbarov: Koreya iş adamları üçün Azərbaycanın qeyri-neft sektoruna sərmayə qoymaq cəlbedici ola bilər

Siyasət Materials 11 May 2006 12:23 (UTC +04:00)
Mikayıl Cabbarov: Koreya iş adamları üçün Azərbaycanın qeyri-neft sektoruna sərmayə qoymaq cəlbedici ola bilər

Mayın 11-də Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycan ixracın təşviqi və investisiya Fondu tərəfindən təşkil olunmuş Azərbaycan-Koreya biznes-formu öz işinə başlayıb. Trend in xəbər verdiyi kimi, forumun açılışında iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov bildirib ki, Azərbaycan və Koreya arasında 10 ildən artıq mövcud olan iqtisadi əlaqələr hər il möhkəmlənir. "2004-cü illə müqayisədə 2005-ci ildə hər iki ölkə arasında ticarət dövriyyəsi 53%, idxalın səviyyəsi isə 78,2% artıb", - deyə o qeyd edib.

M.Cabbarovun sözlərinə görə, BMT-nin Ticarət və İnkişaf Konfransının 2005-ci il hesabatına əsasən, Azərbaycan sərmayə qoyuluşu baxımından ən cəlbedici ölkədir. "Müstəqillik illərində Azərbaycan iqtisadiyyatına xarici sərmayə qoyuluşları $21 mlrd artıb", - deyə o bildirib.

Azərbaycan xarici sərmayədarlarla münasibətdə açıq qapı siyasəti yürüdür və ölkə iqtisadiyyatına sərmayə qoymaq niyyətində olan Koreya sahibkarlarına lazımi dəstək göstərməyə hazırdır. O hesab edir ki, koreyalı iş adamları üçün regional layihələrdə iştirak etmək, o cümlədən qeyri-neft sektoruna sərmayə qoymaq cəlbeidici ola bilər.

Koreya Ticarət-Sənaye Palatasının sədri Son Kyunq Şik öz çıxışında bildirib ki, Koreya və Azərbaycan qarşılıqlı maraq dorğuran məsələlərdə səmərəli qarşılıqlı fəaliyyət göstərir, ancaq iqtisadi əlaqələrin inkişafı üçün hələ də böyük potensial var.

"Koreya biznesinin böyük hissəsi üçün Azərbaycan Xəzər regionunda iqtisadi inkişafın ən dinamik templərindən birinə nail olmuş ölkədir. Azərbaycan - Koreya biznesinin sərmayəsi üçün yeni məqsəddir", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti