...

Hərbi hissələrdəki seçki məntəqələri tam hazır vəziyyətdədir

Siyasət Materials 11 May 2006 12:49 (UTC +04:00)

Mayın 13-də bəzi dairələrdə keçiriləcək təkrar parlament seçkisi ilə əlaqədar səsıvermədə iştirak edəcək bəzi hərbi hissələrdə yaradılmış məntəqələr tam hazır vəziyyətdədir. Bunu Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev söyləyib.

"Həmin hərbi hissələrin hansı ərazidə yerləşməsi və nömrələri barədə məlumat verə bilmərəm. Çünki bu, hərbi sirr hesab olunur. Lakin deyə bilərəm ki, həmin hərbi hissələrdə yaradılmış seçki məntəqələrinin hamısı Mərkəzi Seçki Komissiyası tərəfindən şəffaf qutularla təmin edilib", - deyə İ.Verdiyev bildirib.

İ.Verdiyevin sözlərinə görə, təbliğat-təşviqat kampaniyası başlanandan həmin hərbi hissələrdə təşviqat lövhələri qoyulub və deputatlığa namizədlərin hərbçilərlə görüşləri keçirilib.

Xəbər lenti

Xəbər lenti