...

DAK-ın Stokholmda keçiriləcək IX qurultayında dünyanın müxtəlif ölkələrindən 400-dən çox azərbaycanlının iştirakı planlaşdırılır

Siyasət Materials 11 May 2006 12:54 (UTC +04:00)

Bu il iyun ayının 23-25-də İsveçin paytaxtı Stokholmda şəhərində Məhəmməd Rza Xeştinin sədrlik etdiyi Dünya Azərbaycanlıları Konqresinin (DAK) növbəti 9-cu qurultayı keciriləcək. DAK-ın sədr müavini Teymur Eminbəylinin Trend ə verdiyi məlumata görə, qurultayda dünyanın müxtəlif ölkələrindən 400 nəfərdən cox soydaşımızın iştirakı gözlənilir.

O, bildirib ki, DAK-ın IX qurultayının məhz İsveçde keçirilməsində əsas məqsəd burada soydaşlarımızın daha cox yaşaması və onların diaspor işinə cəlb olunması istəyidir: "Hazırda İsveç azərbaycanlıların ən çox məskunlaşdığı ölkə olmaqla yanaşı, həm də diasporumuzu bir araya gətirmiş daha çox təşkilatlarımızın fəaliyyət göstərdiyi ölkədir. Burada fəaliyyət göstərən Azərbaycan Federasiyası İsveç (AFI) bir cox teşkilatlarımızı birləşdirən hələlik dünyada yeganə federativ təşkilatdır. Həmçinin bu ölkədə İsvec Azərbaycanlıları Birliyi də fəaliyyət göstərir ki, bu təşkilatda da çoxlu soydaşlarımız öz birliklərini nümayiş etdirməklə Azərbaycan reallıqları ilə ölkə ictimaiyyətini yaxından tanış etməyə çalışırlar. İsveçdə həmçinin soydaşlarımız tərəfindən ilk dəfə olaraq bu il yaradılmış "Iahid Azərbaycan" İnternet Televiziyası (IATI) da fəaliyyət göstərir. www.azadtribun.net sayti ilə nümayiş etdirilən IATI dünyanın hər yerində izlənilir".

T.Eminbəyli bildirib ki, DAK-ın IX qurultayında dünyanın müxtəlif ölkələrindən 400 nəfərdən cox soydaşımızın iştirakı planlaşdırılır. Azərbaycan Respublikası və Rusiyadan da 130 nəfərə yaxın müxtəlif sahələri əhatə edən ziyalıların iştirakı nəzərdə tutulub. Buraya bir sıra alimlər, millət vəkilləri, siyasi partiyaların nümayəndələri, jurnalistlər və digərləri daxildirlər. Digər iştirakçilar ABŞ, Kanada, Avropa ölkələri, Türkiyə və digər bölgələri təmsil edəcəklər. Qurultayda həmçinin İsveç rəsmilərinin, Azərbaycan üçün önəmli olan xarici siyasətçilərin iştirakı da planlaşdırılır.

Qurultayın bədii hissəsində DAK-ın nəzdində fəaliyyət göstərən "Araz" teatr studiyası aktyorlarınn iştirakı ilə mühacirət həyatı ilə bağlı tamaşaların nümayiş etdirilməsi və Azərbaycandan gələcək aşıqların ifaları da gündəmdədir. Qurultayın gündəliyində əsas məsələni Güney Azərbaycan problemləri təşkil etsə də, Azərbaycanda gedən siyasi proseslər, Qarabağ məsələsi, diasporumuzun təşkilatlanması və digər problemlər müzakirə mövzusu olacaq. Qurultay GUNAZ TI vasitəsi ilə lentə alınıb dünyada yaşayan soydaşlarımızın diqqətinə çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti