...

Hilmi Gülər: Mayın sonunadək Ceyhanda 350 min ton Azərbaycan nefti yüklənəcək

Siyasət Materials 11 May 2006 13:01 (UTC +04:00)
Hilmi Gülər: Mayın sonunadək Ceyhanda 350 min ton Azərbaycan nefti yüklənəcək

Hələ bu yaxınlaradək çoxlarına xəyal kimi görünən Bakı-Tiflis-Ceyhan neft kəməri gerçəkləşdirilir. Artıq mayın sonunadək Ceyhan limanında 350 min ton Azərbaycan nefti tankerlərə yüklənəcək. Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Hilmi Gülər bildirib.

"Şahdəniz layihəsini də yaddan çıxarmaq lazım deyil", - deyə H.Gülər qeyd edib. Onun sözlərinə görə, bu boru kəməri ilə Azərbaycan qazı Gürcüstan və Türkiyə vasitəsilə Yunanıstana və daha sonra İtaliyaya nəql olunacaq. "Biz bu layihəni 2006-cı ilin sonlarınadək başa çatdırmağı planlaşdırırıq", - deyə nazir bildirib.

Onun sözlərinə görə, əgər XX əsrin "lideri" neft idisə, XXI əsrdə "təbii qaz" bu rolu öz üzərinə götürəcək. "Dünya enerji daşıyıcı ehtiyatlarının 70%-i Türkiyədən şərqdə yerləşir ki, nəticədə də "tranzit" amili yaxın gələcəkdə Ankaranın siyasətinin əsas tərkib hissəsi olacaq.

"Türkiyənin coğrafi mövqeyi bizə iri "enerji dəhlizi" olmağa imkan verir", - deyə türkiyəli nazir vurğulayıb. O əlavə edib ki, türkmən neftinin nəqli ilə bağlı danışıqlar da davam etdirilir.

Xəbər lenti

Xəbər lenti