...

Rövnəq Abdullayev: Koreya Milli Neft Şirkəti ARDNŞ-in "İnam" layihəsindəki payının bir hissəsini almaq istəyir

Siyasət Materials 11 May 2006 13:41 (UTC +04:00)
Rövnəq Abdullayev: Koreya Milli Neft Şirkəti ARDNŞ-in "İnam" layihəsindəki payının bir hissəsini almaq istəyir

Koreya Milli Neft Şirkəti ARDNŞ-in "İnam" perspektivli strukturunun işlənməsi layhiəsindəki payının bir hissəsini almaqda maraqlıdır. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 11-də jurnalistlərə ARDNŞ rəhbəri Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, artıq bu məsələ ilə bağlı danışıqlar aparılıb və "qarşılıqlı anlaşma haqqında" memorandum imzalanıb. Koreya tərəfinə layihə ilə bağlı məlumatlar təqdim olunub.

"İnam" layihəsinin işlənib hazırlanması üzrə operator 25% paya malik BP şirkətidir. Bu layihədə ARDNŞ 50%, RD Shell - 25% paya malikdir.

Xəbər lenti

Xəbər lenti