...

Azərbaycan və Koreya arasında 7 sənəd imzalanıb

Siyasət Materials 11 May 2006 14:10 (UTC +04:00)

Mayın 11-də Bakıda Koreya prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində hər iki ölkə prezidentləri İlham Əliyev və Ro Mu-Hyun əməkdaşlıq və qarşılıqlı əlaqələrin prinsipləri haqqında birgə bəyannamə imzalayıb.

Trend in xəbər verdiyi kimi, səfər zamanı informasiya texnologiyaları və rabitə, sənaye və energetika, fövqəladə hallar, nəqliyyat sahəsində qarşılıqlı anlaşma haqqında memorandumlar, o cümlədən mədəniyyət və aviarabitə sahəsində əməkdaşlığa dair sazişlər imzalanıb.

Azərbaycan prezidentinin çıxışı zamanı qeyd etdiyi kimi, bu gün hər iki dövlət başçısı arasında aparılmış danışıqlarda bir çox sahələr - siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələr müzakirə olunub. Danışıqlar çox faydalı olub.

"Mən əminəm ki, bu danışıqlardan sonra bizim əlaqələrimiz daha böyük sürətlə inkişaf edəcək", - deyə İlham Əliyev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan ikitərəfli əlaqələrə böyük əhəmiyyət verir. Ancaq möhkəm siyasi əlaqələrin mövcudluğu üçün güclü iqtisadi təməl lazımdır. "İmzalanmış sazişlər iqtisadi fəaliyyətin bütün sahələrini əhatə edir. Bu gün Azərbaycan və Koreya iş adamlarının görüşü keçirilməlidir və mən ümidvaram ki, bu görüşün yekunları üzrə konrket layihə və təkliflər veriləcək",- deyə İ.Əliyev bildirib.

"Bu, ilk növbədə enerji və infrastrkutur layihələrə aiddir. "Bütün sahələrdə maraq və siyasi iradə vardır. Konkret layihələrlə bağlı danışıqlar aparılır və mən ümid edirəm ki, yaxın vaxtlarda bu layihələrlə bağlı qərar qəbul olunacaq",- deyə dövlət başçısı vurğulayıb.

Koreya və Azərbaycan arasında əməkdaşlıq imkanları bizim gözlədiyimizdən daha çox olub", - deyə Koreya prezidenti Ro Mu-Hyun bəyan edib. Aparılmış danışıqlar zamanı mən Azərbaycanın parlaq gələcəyinə bir daha əmin oldum", - deyə o qeyd edib.

Koreya prezidentinin sözlərinə görə, onun ölkəsi Azərbaycanla əlaqələrdə böyük imkanlara malikdir. Bu, ilk növbədə, avtomobil yollarının, dəniz və aviasiya limanlarının tikintisi, informasiya texnologiyaları sahəsində infrastruktur layihələrə aiddir.

"Koreya iş adamları bu imkanlardan istifadə etməlidir. Bunun üçün bizim hər cür imkanımız var və biz Azərbaycanı məyus etməyəcəyik. Ölkələr arasında əlaqələrin potensialı isə çox böyükdür",- deyə Ro Mu-Hyun qeyd edib.

Xəbər lenti

Xəbər lenti