...

Koreya prezidenti: Hər iki ölkənin hökumətləri tərəfdaşlığın qaydaya salınması üçün maneələri aradan qaldırmalıdır

Siyasət Materials 11 May 2006 14:46 (UTC +04:00)
Koreya prezidenti: Hər iki ölkənin hökumətləri tərəfdaşlığın qaydaya salınması üçün maneələri aradan qaldırmalıdır

Koreya prezidenti Ro Mu-Xyun Bu gün Bakıda keçirilən Azərbaycan-Koreya biznes-forumunda öz ölkəsinin Azərbaycanla əməkdaşlığa halzır olduğunu bəyan edib. Bu barədə Trend məlumat verib. "Baxmayaraq ki, bizim təcrübəmiz fərqlidir. Hər iki ölkənin hökumətləri tərəfdaşlığın yoluna qoyulması üçün maneələri aradan qaldırmalıdır", - deyə o bildirib.

Onun sözlərinə görə, mayın 11-də Azərbaycan prezidenti ilə görüşündə ölkənin təbii ehtiyatları ilə yanaşı infrastrukturun yaradılmasına, avtomobil yollarının tikintisinə, informasiya texnologiyalarının, emal sənayesinin yaradılmasının, şəhərlərin inkişafının prioritet olduğu bəyan edilib.

Ro Mu-Xyun onun Bakıya səfərinin müddətinin qısa olduğunu, bu müddət ərzində 7 memorandumun imzalandığını bildirib. "Baxmayaraq ki, biz hüquqi bazanın dairəsini daha da genişləndirə bilərdik", - deyə o qeyd edib.

"Mən Azərbaycan prezidentini Seula dəvət etdim. Səfər 2007-ci ildə və ya tez baş tuta bilər. Bu səfər zamanı bir çox sayda memorandumlar imzalanacaq", - deyə Koreya prezidenti bildirib.

Qarşılıqlı əməkdaşlığın genişləndiriliməsi üçün Azərbaycan hökuməti 2006-cı ildə Koreyada səfirlik açmaq niyyətindədir. "Səviyyənin artırılması üçün biz həmçinin Bakıda diplomatik nümayəndəlik açmaq niyyətindədyik", - deyə o, sonda bildirib.

Azərbaycanın baş naziri Artur Rasizadə Koreya prezidentinin Bakıya səfərini böyük hadisə adlandırıb. " Bu gün imzalanan sənədlər iqtisadi əməkdaşlığın bazasını quracağımız təməl olacaq", - deyə A.Rasizadə bildirib.

Xəbər lenti

Xəbər lenti