...

Narkomanların müalicəyə cəlb olunması məqsədi ilə SKAD proqramı çərçivəsində geniş konfrans keçiriləcək

Siyasət Materials 11 May 2006 15:33 (UTC +04:00)

Mayın 12-də Azərbaycanda narkomanların müalicəyə cəlb olunması məqsədi ilə SKAD proqramı çərçivəsində geniş konfrans keçiriləcək. Bu barədə Trend ə SKAD nümayəndəliyindən məlumat verilib.

Proqramın fəaliyyət proqramına uyğun olaraq artıq pilot layihələrin icra prosesi başa çatıb. Konfrans respublikanın müxtəlif bölgələrində həyata keçirilən layihələrlə bağlı yekun nəticələrə, o cümlədən layihənin ekspertləri tərəfindən hazırlanmış tövsiyə xarakterli təkliflərə həsr olunacaq.

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına üzv olan dövlət strukturların, diplomatik korpusun, xarici və yerli təşkilatların nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti