...

AVCİYA və "Şəffaf seçkilər" seçkiöncəsi dövrdə KİV-lərin monitorinqinin nəticələrini açıqlayıb

Siyasət Materials 11 May 2006 15:38 (UTC +04:00)

Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyası (AVCİYA) və "Şəffaf seçkilər" Monitorinq Mərkəzi kütləvi informasiya vasitələrində (KİV) təkrar parlament seçkilərinin işıqlandırılması ilə bağlı monitorinq aparıb. Trend in məlumatına görə, mayın 11-də monitorinqin nəticələri ictimaiyyətə açıqlanıb.

Təkrar parlament seçkilərinə hazırlıq və namizədlərin təşviqat kampaniyasının KİV-lərdə işıqlandırılmasının monitorinqi 6 telekanal və 8 qəzetdə aparılıb. Monitorinqin nəticələrinə əsasən, obyektivlik, balans və fikir müxtəlifliyi kimi mühüm meyarları "Zerkalo", "Ekspress", "Exo", "525-ci qəzet", elektron KİV-lərdən isə ANS telekanalı qoruyub.

Monitorinqin nəticələrinə əsasən, seçki ilə bağlı yazıların sayına görə "Yeni Müsavat" qəzeti öndədir. Həmçinin təkrar seçkilərlə bağlı ən çox məlumat yayan, ortaya çıxan problemləri və yerlərdəki qanun pozuntularını işıqlandıran da bu qəzetdir. "Yeni Müsavat" eyni zamanda ötən ilki parlament seçkiləri zamanı tutduğu birtərəfli mövqeyini bir qədər dəyişib. Telekanalların seçkiöncəsi dövrdəki fəaliyyətinə gəldikdə isə, İctimai Televiziya ötən il parlament seçkiləri zamanı daha fəal və xəbərlərin təqdim edilməsində plüralizmi üstün tuturdusa, təkrar seçkilər zamanı bunu qismən həyata keçirir.

Xəbər lenti

Xəbər lenti