...

Cənubi Koreya Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyü əsasında tənzimlənməsi vacibliyini vurğulayır

Siyasət Materials 11 May 2006 16:02 (UTC +04:00)

Azərbaycan və Cənubi Koreya BMT Təhlükəsizlik Şurası qətnamələri və ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş sənədlərin icrasının, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həllinin vacibliyini qeyd edir. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidentinin icra aparatı mətbuat xidmətinin rəhbəri Azər Qasımov Azərbaycan və Koreya prezidentlərinin birgə bəyannaməsindən sitat gətirərək bildirib.

A.Qasımov deyib ki, birgə bəyanatın 12-ci bəndi Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.

Bəyanatda qeyd olunur ki, Azərbaycandakı sabitlik bütün Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin olunmasına öz töhvəsini verir. Azərbaycanda keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində Bakı və Seul ticarət, investisiya, energetika, istehsalat, elm, informasiya texnologiyaları və nəqliyyat kimi sahələrdə davamlı və sərfəli əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Bu məqsədlə tərəflər müəssisələr və biznes dairələri əsasında əməkdaşlığı inkişaf etdirməyə, xüsusilə, ikitərəfli əlaqələrin sadələşdirilməsi istiqamətində tədbirlər görməyə hazır olduğunu bildirib.

Sənədin 9-cu bəndinə əsasən, Azərbaycan və Cənubi Koreya ticarət sahəsində regional əlaqələrin genişləndirilməsinə xidmət edəcək nəqliyyat infrastrukturunun inkişafında maraqlı olduğunu vurğulayıb. Bundan əlavə, Avropa və Qafqazı Asiya qitəsilə birləşdirəcək Böyük İpək Yolunun bərpasının vacibliyi qeyd edilib.

Dövlət başçıları həmçinin nəqliyyat dəhlizlərinin inkişafında maraqlı olduğunu əlavə edib.

A.Qasımovun sözlərinə görə, sənədin 10-cu bəndi xüsusi əhəmiyyətə malikdir ki, burada Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu layihəsinin region ölkələrinin inkişafına töhfə verəcəyi qeyd olunur. Bu bənddə həmçinin, Azərbaycanı qonşu dövlətlərlə birləşdirən regional nəqliyyat qovşaqlarının inkiaşfının əhəmiyyəti vurlanır.

13-cü bənddə bildirlir ki, Azərbaycan Respublikası Koreya yarımadasında əməkdaşlıq yolu ilə sülhü təşviq edir və Şimal-Şərqi Asiyanın çiçəklənməsinə tövhə verən Cənubi Koreya hökumətinin "sülh və çiçəklənmə" siyasətini dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti