...

SİTM dünyada və Cənubi Qafqazda baş verən ictimai-siyasi proseslərin yekunlarına dair hesabatını açıqlayıb

Siyasət Materials 11 May 2006 16:36 (UTC +04:00)

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu aprel ayında dünyada və Cənubi Qafqaz regionda baş verən ictimai-siyasi proseslərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. Trend in məlumatına görə, politoloq Mübariz Əhmədoğlu apreldə dünya miqyasında ən mühüm proseslərin yenə də İran ətrafında cərəyan etdiyini deyib.

O, bildirib ki, rəsmi Iaşinqton İranın uranın zənginləşdirilməsi prosesinin dayandırılmasının vacibliyini vurğulayaraq, dünya dövlətlərini ona dəstək verməyə çağırıb. Ayın dünya üzrə ən vacib hadisələri sırasında Fars körfəzi ölkələrinin qarşılıqlı hücüm etməmək haqqında İranla pakt imzalamaqdan imtina etmələri və Rusiya ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi də var.

SİTM sədri Cənubi Qafqaz regionunda baş verən əksər hadisələrin Dağlıq Qarabağla bağlı olduğunu bildirib. Qeyd edib ki, AŞ-nin baş katibi Terri Devisin Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğulaması problemin həllinə təkan verə bilər. Amerikanın "Stratfor" Araşdırmalar Mərkəzinin "Rusiya separatçı qüvvələrinin yardımı ilə BTC neft kəmərində təxribatlar törədə bilər" tipli açıqlaması, həmçinin rəsmi Ankaranın "Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri region ölkələrinin və bütün dünyanın enerji təhlükəsizliyinin qarantıdır" bəyanatı da aprel ayının ən önəmli hadisələri sırasında yer alıb. Ötən ay Ermənistanın qondarma "soyqırım" iddiaları da gündəmdən düşməyib.

Mübariz Əhmədoğlu dövlət başçısı İlham Əliyevin Amerika səfərinin təkcə Azərbaycan üçün deyil, region üçün də əhəmiyyət daşıdığını bildirib. Ağ Evin Azərbaycanı regionda özünə "əsas müttəfiq və dəyərli tərəfdaş" hesab etdiyini deyən SİTM sədrinin sözlərinə görə ayın çəkisi olan hadisələri içərisində Türkiyə prezidenti Əhməd Necdət Sezər və Avropa İttifaqı "Üçlüyü"nün Azərbaycana səfəri də var. Politoloq Ermənistandakı daxili-siyasi vəziyyətə də toxunaraq, NATO və Aİ-yə münasibətdə bu ölkənin prezidenti ilə parlament spikeri arasında ciddi fikir ayrılığının olduğunu bildirib. Qonşu Gürcüstana gəldikdə, politoloq ABŞ-Gürcüstan münasibətlərində dinamik inkişaf mərhələsi start götürdüyünü, lakin Rusiya ilə münasibətlərin isə getdikcə gərginləşməkdə olduğunu deyib: "Məhsəti türklərinin dədə-baba torpaqlarına qayıdışını təmin edəcək sənədin ilkin mərhələdə qəbulu da ötən ayın əlamətdar hadisələrindəndir. Cavaxetiya regionuna türklərin yerləşdirilməsi faktoru Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Bu, regiondakı e
rməni faktorunu zəiflədərək türklərin və azərbaycanlıların mövqeyini gücləndirəcək, Gürcüstanı Ermənistan və İrandan ayıracaq türk regionunun yaranmasına səbəb olacaq"- deyə M.Əhmədoğlu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti