...

Salyanda Olimpiya idman kompleksi tikilir

Siyasət Materials 11 May 2006 17:44 (UTC +04:00)

Salyanda Olimpiya idman kompoleksinin tikintisi gedir. Tiikintini "Nurgün" inşaat şirkəti həyata keçirir. 10 hektar sahəni tutacaq Milli Olimpiya idman kompleksinin əsas korpusunun hündürlüyü 14 metr olacaq. Burada idman sarayı, üzgücülük hovuzu, voleybol, basketbol, mini-futbol meydançaları (örtülü və açıq), tenis kortu, məşqçilər üçün kotteclər, soyunub-geyinmə otaqları, istirahət güşəsi ilə yanaşı bu obyektlərin kommunikasiya vasitələri - transfarmator otağı, qazanxana, yeraltı yanacaq anbarı, su anbarı, nasosxana, avtodayanacaqlar tikiləcək.

Artıq korpusda xeyli iş görülüb, bəzi yerlərdə binanın hündürlüyü 8-10 metrə çatdırılıb.

10 hektar sahəni tutacaq kompleksin 6 hektarı yaşıllığa qərq olunmuş sağlamlıq zonası olacaq. Burada tikiləcək ikimərbəli mehmanxana yarış iştirakçıları, idmançılarla yanaşı istirahətə gələn turistləri də qəbul edəcək. Hazırda tikintidə 25 nəfər işçi çalışır.

İşçilərin orta aylıq əmək haqqı 200-250 yeni Azərbaycan manatıdır. Bir neçə həfətədən sonra işlərin surəti daha da artacaq. O zaman obyektdə 80-100 nəfər işçi çalışacaq.

Xəbər lenti

Xəbər lenti