...

Salyanda yeni iş yerləri açılır

Siyasət Materials 11 May 2006 20:24 (UTC +04:00)

Salyan rayon statistika idarəsinin rəisi Seyfulla İsmaylovun açıqlamasına görə, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramının (2004-2008-ci illər) icrası ilə əlaqədar yeni iş yerlərinin yaradılmasında uğurlu nəticələr əldə edilmişdir.

2003-cü ildə 57 vahid, 2004-cü ildə 1280 vahid, 2005-ci ildə 2173 vahid, 2006-cı ilin 1-ci rübündə 242 vahid yeni iş yerləri yaradılmışdır. Bunlardan 2155 vahidi daimi iş yerləri, 1597 vahidi müvəqqəti, mövsümi, abadlıq işlərdir.

Ümumiiyyətlə, bu illər ərzində yeni yaradılmış müəssisə və təşkilatlarda 793, mövcud müəssisə və təşkilatlarda 31, fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda 94, fiziki şəxslərdə 1237 iş yeri açılmışdır.

Xəbər lenti

Xəbər lenti