...

Yevlax rayonunda heroin satanlar yaxalanıb

Siyasət Materials 11 May 2006 20:44 (UTC +04:00)

Dünən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə mübarizə idarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat nəticəsində Yevlax rayon sakini, 1959-cu il təvəllüdlü Əhmədov Samit Əhmədiyyə oğlu Yevlax raoynunda 1,14 q narkotik maddə olan heroini 60 YAM-a satan zaman yaxalanıb. Onun barəsində cinayət işi qaldırılıb. Hadisə ilə bağlı istintaqı Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsi aparır.

Mayın 10-da Yevlax raoynunda başqa bir şəxs də saxlanılıb. Bu, Əhmədov Təbriz Maarif oğludur. Onun üzərindən 1,57 q heron tapılaraq götürülüb. Qeyd edək ki, əməliyyatı Narkotiklərlə mübarizə idarəsinin Qərb bölgəsi üzrə regional şöbəsi ilə Yevlax rayon Polis İdarəsi birgə keçirib. Faktla bağlı Yevlax hüquq mühafizə orqanlarında cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti