...

18 min azərbaycanlı narkoman SKAD-da qeydiyyatdadır

Siyasət Materials 12 May 2006 12:53 (UTC +04:00)

Azərbaycanda yaşayan və narkotik maddələrin aludəçisi olan 18 min şəxs BMT-nin Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının (SKAD) Azərbaycan koordinatorluğu tərəfindən qeydə alınıb. Trend in xəbərinə görə, bu barədə SKAD-ın mayın 12-də keçirdiyi konfransda Proqramın Azərbaycan üzrə koordinatoru Məzahir Əfəndiyev məlumat verib.

M.Əfəndiyev bildirib ki, ölkədə xüsusi reablitasiya mərkəzlərinin olmaması, dispanserlərin beynəlxalq standartlar səviyyəsinə uyğun gəlməməsi bu problemin geniş həllinə imkan vermir. "Əgər əvvəllər narkotik maddələrə aludəçilik 25 yaş həddindən yuxarı şəxslərdə müşahidə olunurdusa, hazırda bu yaş həddi 20 yaşdan aşağıdır. Bu da təəssüfləndirici haldır" - deyə M.Əfəndiyev söyləyib.

Konfrans iştirakçılarına respublikanın müxtəlif bölgələrində həyata keçirilən layihələrlə bağlı məlumatlar verilib. Daha sonra disskusiyalar başlayıb. Konrans iştirakçıları Azərbaycanda narkomanlığa qarşı mübarizənin gücləndirilməsi ilə bağlı bir sıra tövsiyə xarakterli təkliflər irəli sürüb, müzakirə aparıblar.

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına üzv olan dövlət strukturlarının, diplomatik korpusun, xarici və yerli təşkilatların nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti