...

Koreya prezidenti Azərbaycanın Milli Məclisinə gəlib

Siyasət Materials 12 May 2006 13:15 (UTC +04:00)

Mayın 12-də Koreya prezidenti Ro Mu-Xyun Azərbaycanın Milli Məclisinə gəlib. Trend in verdiyi məlumata görə, Koreya prezident və parlamentin spikeri Oqtay Əsədovla əvvəlcə təkbətək, sonra isə genişləndirilmiş tərkibdə görüş keçirib.

Spiker səfəri yüksək qiymətləndirib və onun uğurlu və səmərəli keçdiyni vurğulayıb. O, Bakıda Azərbaycanla Koreya arasında münasibətlərin tam inkişafı üçün normativ-hüquqi bazanın yaradılması üçün zəruri olan ikitərəfli sənədlərin imzalanmasının əhəmiyyətini qeyd edib.

O.Əsədov prezident Ro Mu-Xyunun səfərindən sonra Koreya biznesmenlərinin Azərbaycanda geniş sahibkarlıq fəaliyyətinə başlayacaqlarına ümidvar olduğunu bildirib. Onun sözlərinə görə, səfər iki ölkə arasında hazırda qənaətbəxş olmayan mal dövriyyəsinin genişlənməsinə xidmət edəcək. O.Əsədov Azərbaycanla Koreya arasında parlamentlərarası münasibətlərin inkişafının əhəmiyyətini də qeyd edib.

R.M-Xyun qeyd edib ki, Koreya tərəfi Azərbaycanla dostluq və səmərəli tərəfdaşlığın inkişafı üçün bütün zəruri tədbirləri görəcək. İmzalanan sənədlərin bunun üçün zəruri baza yaratdığından danışarkən prezident digər ikitərəfli sənədlərin layihələri üzərində iş aparıldığını bildirib.

Xəbər lenti

Xəbər lenti