...

MSK-nın "Seçkilər" İnformasiya Mərkəzi mayın 13-də saat 8.00-dan 14-də saat 19.00-dək fəaliyyət göstərəcək

Siyasət Materials 12 May 2006 15:14 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzi mayın 13-də - təkrar parlament seçkilərinin keçirildiyi gün səhər saat 8.00-da işinə başlayacaq. Bu barədə Trend ə "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev məlumat verib.

O, bildirib ki, Mərkəz seçki dairələri üzrə ilkin nəticələr elan olunana qədər fəaliyyət göstərəcək.

Gün ərzində mütəmadi olaraq - saat 11.00-da, 13.00, 16.00, 18.00 və 20.00-da KİV-lər və ictimaiyyət üçün açıqlamalar veriləcək. 20.00-dan sonra isə protokolların daxil olması ilə bağlı daha tez məlumatlar veriləcək. İnformasiya Mərkəzi mayın 14-ü saat 19.00-dək açıq olacaq. İ.Babayevin sözlərinə görə, seçkinin ilkin nəticələrini "Seçkilər" İnformasiya Mərkəzi elan edir. Lakin seçkinin hüquqi əsası olan yekun nəticələri isə Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunur.

"Seçki Məcəlləsinin 171.2- ci maddəsinə görə, MSK səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokllarını yoxlayır, 48 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsi isə həmin sənədləri aldıqdan sonra 10 gün müddətində yoxlayır, yekunlarını təsdiq edir. Prtokolların yoxlanılması zamanı zərurət yaranarsa, nəticələrin elan olunma müddətini artıra bilər. Konstitusiya Məhkəməsinin elan etdiyi qərar qətidir. Əgər Konstitusiya Məhkəməsi seçkinin nəticələrini bütövlükdə təsdiq etmədikdə, ölkədə yenidən seçki təyin olunur"-deyə İ.Babayev məlumat verib.

Xəbər lenti

Xəbər lenti