...

Səsvermə günü seçkinin nəticələri 4 yerli informasiya mərkəzi tərəfindən açıq havada, klubda və regional telekanallarda yayımlanacaq

Siyasət Materials 12 May 2006 15:36 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin mayın 13-də təkrar seçkilərin keçirildiyi 4 dairənin ərazisində yerli bölmələri fəaliyyət göstərəcək. Bu barədə Trend ə

"Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev məlumat verib. O, bildirib ki, Sumqayıt və Gəncə şəhərlərində, Bakının Binəqədi və Suraxanı rayonlarında bu ərazilər üzrə informasiya mərkəzləri yaradılıb.

Yerli informasiya mərkəzləri Suraxanı rayonunda Neftçi Qurban adına Mədəniyyət Sarayında, Binəqədi rayonunda M.Ə.Rəsulzadə qəsəbəsində Milli Qəhrəman Hümbətov adına parkda, Gəncədə isə "Alternativ TV" və "Kəpəz" televiziya kanallarında, Sumqayıtda "Dünya TV" kanalı vasitəsilə fəaliyyət göstərəcək.

Yerli bölmələr seçki günü "Seçkilər" İnformasiya Mərkəzi ilə eyni şəkildə işləyəcək, bu rayonların məntəqləri üzrə məlumatları elektron tablo vasitəsilə ictimaiyyətə təqdim edəcəklər. Beləliklə, Azərbaycanda ilk dəfə olaraq seçkinin nəticələrini icitmaiyyətin gur olduğu ərazidə - parkda açıq havada izləmək mümkün olacaq. Həmçinin paytaxtdan kənar olan Gəncə və Sumqayıt şəhərlərində yerli kanallar vasitəsilə həmin ərazinin seçki məntəqələrinin məlumatları izlənəcək.

İ.Babayev qeyd edib ki, səsvermə günü "Seçkilər" İnformasiya Mərkəzi dairələr üzrə ümumi məlumatları açıqlayır, lakin adları çəkilən yerli bölmələrdə isə bu dairələrin hər bir məntəqəsinin ayrılıqda nəticələri yayımlanacaq. İ.Babayevin sözlərinə görə, açıq havada, klubda və regional telekanallarda yerli informasiya mərkəzlərinin yaradılması, burada elektron tabloların quraşdırılması və şəbəkəyə qoşulması ilə bağlı bütün texniki işlər yekunlaşdırııb.

Xəbər lenti

Xəbər lenti