...

IRI Azərbaycanda "exit poll" keçirilməsi üzrə hazırlıq işlərinin başa çatdığını bəyan edib

Siyasət Materials 12 May 2006 16:26 (UTC +04:00)

"Exit poll"-un gedişi barədə məlumatların qəbulu üzrə Kommunikasiya mərkəzi Azərbaycan parlamentinə sabahkı (13 may) təkrar seçkilərin gedişində işlərə tam hazırdır. Bu barədə Trend ə Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) Bakı ofisindən məlumat verilib.

"Mərkəz ofisin özündə qapalı rejimdə fəaliyət göstərəcək və bütün səsvermə günü ərzində 10 dairənin hamısından fakslar qəbul edəcək", -deyə ofisdən məlumat verilib.

Qeyd olunub ki, "exit poll"-a hazırlıq üzrə bütün təşkilati işlər başa çatıb. Sorğunun nəticələri isə səsvermə başa çatdıqdan ( yerli vaxtla saat 19.00-da - Trend ) 2-3 saat sonra dərc olunacaq.

Xatırladaq ki, şənbə günü, mayın 13-də təkrar səsvermənin keçiriləcəyi respublikanın 10 seçki dairəsinin hər birində exit-poll keçiriləcək. Məntəqələrin seçimi elmi metodlarla keçiriləcək. Ehtimal olunur ki, "exit-poll"-da könüllü əsaslarla hər 5 (beş) seçicidən biri iştirak edəcək. Seçici "Exit-poll"- da iştirak etməkdən "imtina" edə bilər.

Proses tamamilə anonim olacaq. IRI-nin sorğu anketlərində seçicinin adı və onun barəsində digər məlumatlar olmayacaq. Eləcə də, videoçəkilişlər və məlumatların digər yazılışı olmayacaq.

Sorğunun keçirilməsi ərəfəsində IRI nümayəndələri seçkilərdə iştirak edən Azərbaycanın bütün siyasi partiyaları ilə müzakirələr keçirib. Məlumatların müzakirəsi zamanı IRI partiyaların öz nümayəndələrinin IRI -nin əlaqələndiriciləri kimi çıxış etməsi təklifi ilə çıxış edib. Partiyaların əlaqələndiricilərm IRI-yə maksimum "siyasi neytrallıq" prinsipi nəzərə alınmaqla müsahibə alanları müəyyən edəcək. Onlar IRI -nin müsahibə alanlar üçün keçirdiyi treninqlərdə iştirak edəcəklər. Səsvermə günü (mayın 13-də) isə IRI-nin mərkəzi ofisində məlumatların toplanması prosesinə nəzarət edəcəklər.

Sorğu formaları IRI və Baltic Surveys təşkilatları tərəfindən birgə hazırlanıb. Sorğunun nəticələrinin tabulyasiyası isə yalnız bu iki təşkilatın nümayəndələri tərəfindən aparılacaq.

"Exit-poll"-un keçirələcəyi seçki məntəqələrində IRI -nin 2 nümayəndəsindən ibarət qruplar olacaq. Ümumilikdə "exit-poll" 200 nəfər tərəfindən keçiriləcək. Sorğunun keçirilməsi üzrə bütün xərcləri ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) öz üzərinə götürüb.

Qeyd edək ki, IRI dünyanın 90 ölkəsində seçki monitorinqlərinin keçirilməsi üzrə 25 illik təcrübəyə malikdir. Azərbaycanda bu təşkilat 1997-ci ildən çalışır.

Xəbər lenti

Xəbər lenti