...

Milli Məclisin daxili nizamnaməsinə dəyişiklik edilib

Siyasət Materials 12 May 2006 16:40 (UTC +04:00)

Milli Məclisin daxili nizamnaməsinə dəyişiklik edilib. Trend xəbər verir ki, bu barədə qərar Milli Məclisin mayın 12-də keçirilən növbəti iclasında qəbul edilib.

Milli Məclisin fəaliyyət əsasları ilə bağlı maddəyə edilən dəyişikliyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin birinci hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-dən başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-dan başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət gününə düşərsə, sessiyas bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Yeni seçilmiş Milli Məclisin ilk iclasının keçirilməsi vaxtının təyin edilməsi maddəsinə əsasən isə, parlamentə seçkilərdən sonra martın 10-dək onun 83 deputatının səlahiyyətləri təsdiq edilməzsə, Konstitusiya Məhkəməsi Milli Məclisinin ilk iclasının keçirilmə vaxtını müəyyən edir. Konstitusiya Məhkəməsi Milli Məclisinin 83-cü deputatının seçildiyini martın 10-dan sonra təsdiq edərsə, həmin iclasda yeni seçilmiş Milli Məclisinin ilk iclasının keçirilməsi vaxtını da təyin etməlidir.

Milli Məclisin daxili nizamnaməsinin 48-ci maddəsində "katiblik" sözü "Aparat" sözü ilə əvəzlənib. 31-ci maddədən isə "Milli Məclisin deputatı mandatından özü imtina etdikdə, onu deputat mandatından məhrum edir" cümləsi çıxarılıb.

Xəbər lenti

Xəbər lenti