...

GUAM ekspertləri təşkilatın beynəlxalq struktura çevrilməsi üzrə sənədləri hazırlayıblar

Siyasət Materials 12 May 2006 16:52 (UTC +04:00)

GUAM-ın beynəlxalq struktura çevrilməsi üzrə sənədlər təşkilatın ekspertləri tərəfindən Kiyevdə mayın 11-12-də keçirilən görüşündə hazırlanıb.

Bu barədə Trend ə Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Səbuhi Temirov eksklüziv məlumat verib.

GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) üzvü olan ölkələrin ekspertləri təşkilatın Nizamnaməsi və katibliyin Əsasnaməsinin layihəsi üzərində texniki işlər aparıblar. Bundan əlavə, "Beynəlxalq demokratiya və inkişaf üçün GUAM-ın yaradılması haqqında " Kiyev bəyannaməsinin laytihəsi də razılaşdırılıb. Hər iki sənəd gələcəkdə razılaşdırılmaq üçün milli əlaqələndiricilərə və XİN rəhbərlərinə təqdim olunacaq.

Sənədlərin GUAM-ın üzvü olan ölkələrin prezidentlərinə imzalanmaq üçün veriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti